Nazirliyin 2 əməkdaşı "Yüksəliş"də qalib oldu

İqtisadiyyat Nazirliyinin əməkdaşları “Yüksəliş” müsabiqəsinin final mərhələsində uğur qazanıblar.

Telexeber.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri arasında nazirliyin 2 əməkdaşı - Elvin Əlizadə və Mirzə Ələkbər Babayev uğur qazanıb. Elvin Əlizadə və Mirzə Ələkbər Babayev İqtisadiyyat Nazirliyində intellektual səviyyəsi, idarəçilik potensialı yüksək olan əməkdaşların seçilməsi, onların hərtərəfli inkişafının təmin edilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən “Uğur yolu” karyera inkişafı proqramının da qalibləridir.
Популярный ролик