Şəkidə ailənin üç üzvü dəm qazından zəhərləndi

Şəkidə ailənin üç üzvü dəm qazından zəhərləndiŞəki rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Telexeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə 20 yanvar küçəsi, ev 5-də baş verib.


Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Abbasova Nurlana Əhməd qızı uşaqları 2009-cu il təvəllüdlü İslam Abbaszadə və 2013-cü il təvəllüdlü Abdulla Abbaszadə ilə evin hamamında halları pisləşib. Qonşu Kəmalə Cəfərovanın köməkliyi ilə onlar Şəki rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə yerləşdirilib.

Hazırda hər üçünə tibbi yardım göstərilir, vəziyyətləri normaldır. Faktla bağlı araşdırma aparılır.
Популярный ролик