Bərdədə qaçırılan 23 yaşlı qız tapıldı

Bərdə rayonunda 1979-cu il təvəllüdlü Fərhad Rzayev tərəfindən qaçırıldığını iddia edilən 2001-ci il təvəllüdlü S. Abdullayeva tapılıb.

Bu barədə Telexeber.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib:
"Keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir".
Популярный ролик