DÖVLƏTƏ VƏ DÖVLƏTÇİLİYƏ SADİQ İNSAN-AZAD DİBİROV


Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki,Azad Dibirov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Azad Dibirov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət çəkən vətənpərvər insandır. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən dövlət xadimidi ki, o, hər bir ehttiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən şəxslərdəndir.
Azad müəllim xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallığı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki,2 nömrəli Balakən Peşə məktəbinin direktoru Azad Dibirov elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
Azad Dibirovu və 2 nömrəli Balakən Peşə məktəbinin bütün müəllim heyyətini 5 oktyabr Beynəlxalq Müəllimlər Günününü ürəkdən təbrik edirik, qarşıdan gələn hər bir gün üçün uğur, qalibiyyət və zəfər arzulayırıq.
Популярный ролик