Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandıBu gün Azərbaycanda koronavirusla bağlı 5700 test aparılıb.

Telexeber.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, indiyədək həyata keçirilən testlərin sayı 143 min 79-a çatıb.
Hazırda reanimasiyada olan xəstə sayı 18, süni tənəffüs cihazında olan xəstə sayı 9-dur.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Популярный ролик