Bakıda daha bir qadağa qüvvəyə mindi - RƏSMİ

Bakıda daha bir qadağa qüvvəyə mindi - RƏSMİMaskasız sərnişinlər dəmir yolu stansiyalarına buraxılmayacaq

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin diqqətinə çatdırır ki, sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmiryol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.
Telexeber.az xəbər verir ki, bu barədə QSC-nin yaydığı xəbərdarlıqda deyilir.

Bildirilir ki, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək: "Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur".
Популярный ролик