“Koronavirus 30 dərəcədə məhv olmayacaq” - Azərbaycanlı alimdən ŞOK AÇIQLAMA

“Koronavirus 30 dərəcədə məhv olmayacaq” - Azərbaycanlı alimdən ŞOK AÇIQLAMATez-tez koronavirusla mübarizə aparan bəzi həkimlərin, eləcə də virusoloqların mətbuatda belə bir fikirləri ilə qarşılaşırıq ki, istilər düşəndə, temperatur 30 dərəcəni keçdikdə koronavirus azalacaq, ya da məhv olacaq. Ancaq hazırda dünyanın elə ölkələri var ki, orada temperatur hətta 40 dərəcədən yuxarıdır, lakin koronavirus nəinki azalır, əksinə hər keçən gün artmaqdadır.

Telexeber.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bildirən həkim-infeksionist hepatoloq, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişizadə modern.az-a açıqlamasında virusun məhv olması üçün 57 dərəcə istliyin gərəkdiyini deyir:
“COVID-19-un yüksək tempraturda məhv olma dərəcəsi 30 dərəcə deyil, 57 dərəcədir. Hələ ki, heç bir ölkədə 57 dərəcə istilik yoxdur. Amma biz gözləyirik ki, 30 dərəcə istilikdə və gündüz düşən ultrabənövşəyi şüaların təsiri ilə virusun aktivliyi azalacaq, yəni virusa yoluxma halı indiki kimi olmayacaq.

Amma birbaşa tempraturun virusu məhvetmə gücünə gəldikdə isə bunun üçün 56-57 dərəcə istilik gərəkdir. Günəşin tərkibində olan ultrabənöşəyi və infraqırmızı şüalar ölkədə 30 dərəcə istlik müşahidə ediləndə virusun aktivliyini azaldacaq, məhv etməyəcək”.
Популярный ролик