"Respublikanski" niyə bağlanıb? - TƏBİB-dən AÇIQLAMA

"Respublikanski" niyə bağlanıb? - TƏBİB-dən AÇIQLAMA"Hazırda xüsusi həkim qrupları bütün xəstəxanalara baxış keçirir. Bu da çox normaldır".

Telexeber.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
“Y. Qarayeva deyib ki, bu baxışlarla bağlı hansısa xəstəxanada dezinfeksiya işinin aparılması, hansısa şöbənin boşaldılması normaldır: “Respublika Xəstəxanasına müxtəlif rayonlardan xəstələr daxil olur. Bunun üçün xəstəxanada hansısa şöbələr müvəqqəti bağlanmalı, dezinfeksiya işləri mərhələ-mərhələ aparılmalıdır”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu günə qədər xüsusi pandemiya xəstəxanalarında yoluxma olmayıb, adi rejimdə işini davam etdirən xəstəxanalarda olub: “Respublika Xəstəxanasında adi profilaktik tədbirlər aparılır”
Популярный ролик