TƏBİB Mingəçevirdəki qəza ilə bağlı məlumat yaydı

TƏBİB Mingəçevirdəki qəza ilə bağlı məlumat yaydıMingəçevir şəhərində avtomobilin insanlara çırpılması nəticəsində 13 nəfər xəsarət alıb. Onlardan 10-u uşaqdır.

TƏBİB-dən Telexeber.az-a bildirilib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

"9 nəfər ambulator yardım göstərilərək evə buraxılıb. Xəstəxanada 4 nəfər saxlanılıb. Onlardan 2-nin vəziyyəti ağırdır, kəllə-beyin travması alıblar. Digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
Популярный ролик