Göyçayda 15 yaşlı oğlan kanalda boğuldu

Göyçayda 15 yaşlı oğlan kanalda boğulduGöyçay sakini kanalda boğularaq ölüb.

Telexeber.az xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib.

İ.Cəbiyevin meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Популярный ролик