Müəllimlərə ŞAD XƏBƏR - RƏSMİ

Müəllimlərə ŞAD XƏBƏR - RƏSMİMüəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində səhvə yol vermiş və elektron ərizəsini təsdiq etmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaq.

Təhsil Nazirliyindən Telexeber.az-a bildirilib ki, elektron ərizəsinə məlumatları daxil edərkən səhvə yol vermiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin rəsmi "Facebook" səhifəsinin mesaj bölməsinə göndərməlidirlər:

1. Ad, soyad, ata adı
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
3. Fin kod
4. Əlaqə nömrəsi
5. Yol verilən səhvin qısa məzmunu

Müraciət üçün son tarix: 28 iyul saat 23:59.
Популярный ролик