Azərbaycanda 32921 narkotik istifadəçisi qeydiyyatdadır - RƏSMİ AÇIQLAMA

Azərbaycanda 32921 narkotik istifadəçisi qeydiyyatdadır - RƏSMİ AÇIQLAMAHazırda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.
Telexeber.az xəbər verir ki, Narkomanlığa Narkotik və Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə 2019-2024-cü illər üçün Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması və digər geniş miqyaslı məsələlərdən ibarətdir.
Azərbaycanda 32921 narkotik istifadəçisi qeydiyyatdadır - RƏSMİ AÇIQLAMA
Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik olmaqla beynəlxalq yük daşımalarda Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem də xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır. Bəlli olduğu kimi bu, ilk növbədə Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.
Azərbaycanda 32921 narkotik istifadəçisi qeydiyyatdadır - RƏSMİ AÇIQLAMA
Narkomanlığa Narkotik və Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə 2019-cu ildə 4536 fakt üzrə ümumi çəkisi 3 ton 508 kq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılmış və cinayət məsuliyyətinə 3487 nəfər cəlb edilmişdir.

2020-ci ilin 6 ayı ərzində aşkar edilmiş 2893 fakt üzrə ümumi çəkisi 2 ton 309 kq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılmış və cinayət məsuliyyətinə 1933 nəfər cəlb edilmişdir

Qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32921 nəfərdir. Onlardan 27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Qadınların ümumi sayı isə 641 nəfərdir.
Популярный ролик