Rusiyadakı azərbaycanlılar döyüşə getmək istəyirlər

Rusiyadakı azərbaycanlılar döyüşə getmək istəyirlərAzərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkə vətəndaşlarından cəbhəyə göndərilməklə bağlı Azərbaycan səfirliyinə çox sayda müraciət daxil olduğunu bildirib.

Telexeber.az xəbər verir ki, Bülbüloğlu bu barədə "Komsomolskaya pravda" radiosuna açıqlamasında məlumat verib.
"Bu günlər ərzində səfirliyə Rusiyada yaşayan azərbaycanlılardan cəbhəyə göndərilmələrini xahiş edən çox sayda müraciət daxil olur. Onlar döyüşə getmək istəyən vətənpərvər insanlardır. Biz onlara deyirik:"Çox sağ olun, hisslərinizə hörmət edirik, amma bu gün ordumuzun buna ehtiyacı yoxdur, ordumuz tam təchiz olunub və bizim ən müasir silahlarımız var"",- deyə P. Bülbüloğlu qeyd edib.
Популярный ролик