Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıbAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Telexeber.az nazirliyin saytına istinadla xəbər verir ki, Qubadlı rayonunun Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib.
Xatırladaq ki, işğaldan azad olunmuş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.
Популярный ролик