Bakı aeroportu adi qaydada işləyir - AZAL

Bakı aeroportu adi qaydada işləyir - AZAL“Bakıdakı qarlı hava şəraitində Heydər Əliyev Beynəlxalq Aeroportu adi qaydada işləyir”.

Telexeber.az xəbər verir ki, bunu açıqlamasında “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski bildirib.
“Bu günki aviareyslərlə bağlı heç bir dəyişiklik yoxdur. Bakıdan Naxçıvana saat 8:00-da, Türkiyənin İstanbul şəhərinə isə saat 8:30-da uçuş yerinə yetirilib. Bu gün həmçinin Türkiyənin Antalya şəhərinə və Rusiyanın paytaxtı Moskvaya aviareyslər olacaq”, - o deyib.(Report)
Популярный ролик