Sabunçu xəstəxanasından biabırçı görüntülər - VİDEO

Sabunçu xəstəxanasından biabırçı görüntülər - VİDEOBakının Sabunçu xəstəxanasında vəziyyət acınacaqlıdır.

Telexeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Qeyd edilir ki, dövlətin səhiyyəmizə göstərdiyi diqqət və qayğıya baxmayaraq Sabunçu xəstəxanasında vəziyyət olduqca pisdir.

“Burada elə bil 50-60 il əvvəlki dövrdür. İnsan özünü sanki Əfqanıstanda, Afrikada hiss edir. Yataq çirkli, döşəklər çürükdür. Xəstəxananı həşərat basıbdır.

Xəstəxanada su gəlmir. Ayağı sınan xəstənin ayağı üçün paslanmış, bərbad vəziyyətdə dəmir qoyulub. Kustar üsulla hazırlanan tərəzi daşını xəstənin ayağından asıblar”, - deyə məlumatda bildirilib.

Sabunçu xəstəxanasındakı biabırçı görüntülərə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən Baku.ws-ə bildirildi ki, adı çəkilən xəstəxanaya onlar nəzarət etmir.

TƏBİB-dən isə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq. Araşdırmalardan sonra iddiaya münasibət bildiriləcək.
Популярный ролик