Biləsuvarda mikroavtobus aşıb, ölən var

Biləsuvarda mikroavtobus aşıb, ölən varBiləsuvar rayonunda mikroavtobus aşıb, ölən var.

Telexeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

Mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Популярный ролик