Bakıda piyadalara mane olan qaz xətti ilə bağlı “​Azəriqaz”-dan AÇIQLAMA

Bakıda piyadalara mane olan qaz xətti ilə bağlı “​Azəriqaz”-dan AÇIQLAMAPaytaxtın Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsində çəkilən qeyri-standart qaz xətti piyadaların hərəkətinə ciddi maneə yaradır.

Bununla bağlı görüntülər sosial şəbəkədə izləyicilərin marağına səbəb olub.Yayılmış foto şəkildən də aşikardır ki, qaz xətti düzgün çəkilməyib.
Bu səbəbdən də piyadalar həmin yoldan keçən zaman əyilmək məcburiyyətində qalırlar.

Məsələyə münasibət bildirən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Telexeber.az-a açıqlamasında bildirdi ki,artıq həmin ərazi üzrə qaz xəttinin piyadalar üçün çətinlik yaratdığından xəbərdardılar.

“Əməkdaşlarımız həmin ərazidə video-çəkiliş həyata keçiriblər və bununla bağlı kiçik video-məlumat əldə etmişik. Həmin ərazidə problemin aradan qaldırılması ilə bağlı işlər bizim planlarımız arasındadır. İşlər sabahdan etibarən icra olunacaq və problem aradan qaldırılacaq. Biz çalışacayıq ki, ərazidəki qaz xətti normal vəziyyətə gətirilsin ki, piyadalar rahat yoluna davam edə bilsinlər”.
Bakıda piyadalara mane olan qaz xətti ilə bağlı “​Azəriqaz”-dan AÇIQLAMA
Популярный ролик