Azərbaycanda vaksin olunanların sayı 890 minə çatır

Azərbaycanda vaksin olunanların sayı 890 minə çatırBu gün Azərbaycanda 32 min 670 nəfər yeni koronavirus infeksiyasına qarşı vaksinasiya olunub.

Bu barədə Telexeber.az-a Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
Məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 509, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 21 min 161 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 889 min 33-dür. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 569 min 994, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 319 min 39 nəfərdir.
Популярный ролик