Ana və 2 azyaşlı övladını avtomobil vurdu

Ana və 2 azyaşlı övladını avtomobil vurduAbşeron rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Telexeber.az bildirir ki, avtomobil Ceyranbatan qəsəbəsində yolu keçən 1981-ci il təvəllüdlü Məhərrəmova Xuraman Feyruz qızını və onu 2 azyaşlı övladları 2014-cü il təvəllüdlü Hüseyinli Kamal Kalam oğlu və 2020-ci il təvəllüdlü Hüseynli Yüsif Kalam oğlunu vurub.
Hər üç yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı Abşeron rayonu Polis idarəsində araşdırılır.
Популярный ролик