Bakıda ağır yol qəzası oldu

Bakıda ağır yol qəzası olduBakıda ölümlə nəticələnən yol qəzası olub.

Telexeber.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Xətai rayonu ərazisində “Lada” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1952-ci il təvəllüdlü İmanov Xanoğlan Sadıqxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Популярный ролик