Şəhid jurnalistin qardaşına vəzifə verildi

Şəhid jurnalistin qardaşına vəzifə verildi"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) şəhid operator Sirac Abışovun qardaşını işə götürüb.

Telexeber.az-ın məlumatına görə, bu barədə şəhidin qardaşı Şirzad Səmədov özü məlumat verib. Belə ki, o, telekanalın Kinoproqramlar və Dublyaj baş redaksiyasında rejissor vəzifəsinə təyin olunub.
Şəhid jurnalistin qardaşına vəzifə verildi
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2020-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər isə yaralanmışdı.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Sirac Abış oğlu Abışov, Məhərrəm Əli oğlu İbrahimov və Arif Ağalar oğlu Əliyevi "3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Şəhid jurnalistin qardaşına vəzifə verildi
Məhərrəm İbrahimov, Sirac Abışov
Популярный ролик