Azərbaycanda 25 enerji içkisi saxta çıxdı - RƏSMİ

Azərbaycanda 25 enerji içkisi saxta çıxdı - RƏSMİAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib.

Telexeber.az-ın məlumatına görə, AQTA sədri Qoşqar Təhməzli yerli KİV-ə bildirib ki, etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyən edilib.
Qanunvericiliyin tələbini pozan istehsalçılara dair müvafiq tədbirlərin görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub.
Популярный ролик