Cəlilabadda 3 otaqlı evdə yanğın olub

Cəlilabadda 3 otaqlı evdə yanğın olubCəlilabad rayonu, Sərhədabad kəndində ümumi sahəsi 112 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dəhlizinin yanar konstruksiyaları, ev əşyaları 10 m² sahədə və 4 ədəd pəncərə çərçivəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Популярный ролик