Rövnəq Abdullayevin vəzifəsinə gətirilən Rəşad Nəbiyev KİMDİR? - DOSYE

Rövnəq Abdullayevin vəzifəsinə gətirilən Rəşad Nəbiyev KİMDİR? - DOSYEXəbər veridiyimiz kimi, Cüdo Federasiyasına yeni prezident təyin olunub. Rövnəq Abdullayevin icra etdiyi bu vəzifəyə nazir Rəşad Nəbiyev gətirilib.

Telexeber.az bildirir ki, Rəşad Nəbi oğlu Nəbiyev 2021-ci ilin yanvar ayından etibarən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Rəşad Nəbiyev 1977-ci ildə dünyaya gəlib. Daha əvvəl “Azərkosmos” ASC-nin sədri vəzifəsində çalışıb. O, bundan əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır.

Qeyd edək ki, R.Nəbiyev 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.
Популярный ролик