Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər praktiki atışlar yerinə yetiriblər

Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər praktiki atışlar yerinə yetiriblərMüdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

Bu barədə Telexeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif çaplı silahlardan təyin olunan hədəflərə atışlar icra ediblər.

Toplanışda qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Популярный ролик