Türkiyə Azərbaycan istisna olmaqla digər ölkələrə ət ixracını dayandırıb

Türkiyə Azərbaycan istisna olmaqla digər ölkələrə ət ixracını dayandırıbTürkiyə, Şimali Kipr Türk Respublikası və Azərbaycan istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırmaq barədə qərar qəbul edib.

Telexeber.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Ticarət Nazirliyindən verilən məlumata görə, bu qərarın verilməsinə səbəb ölkədə ətin qiymətinin qəfil artması olub. Qərarla adı çəkilən ölkələrdən başqa dövlətlərə mal-qara, qoyun və keçi ətinin ixracı ikinci bir qərara qədər dayandırılıb.
Популярный ролик