Təcili tibbi yardıma zəng edib ələ saldılar - DİN hərəkətə keçdi / VİDEO

Təcili tibbi yardıma zəng edib ələ saldılar - DİN hərəkətə keçdi / VİDEO“Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır”.

Bu barədə Telexeber.az-a DİN-nin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, bu, olduqca həssas məsələdir, tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq məşğul edə bilməz: “Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə tətbiq edilir”.
Популярный ролик