Şahin Mustafayev İranın neft naziri ilə görüşdü

Şahin Mustafayev İranın neft naziri ilə görüşdüAzərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın neft naziri Cavad Övci ilə görüşüb.

Azərbaycanın İrandakı Səfirliyindən Telexeber.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə İran arasında Türkmənistan qazının İran ərazisi vasitəsilə Azərbaycana nəqli-mübadiləsi üzrə layihənin uğurlu həyata keçirilməsindən, neft və qaz sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Müştərək layihələrin hər iki ölkə üçün faydası və əlaqələrin möhkəmlənməsində önəmi vurğulanaraq bu istiqamətdə işlərin davam etdirilməsi qərarlaşdırılıb.
Популярный ролик