Toyda musiqi sifarişinə görə dava: Kişi, bacısı və arvadı bıçaqlandı
- 06.06.2022, 12:13,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə şəhərində 3 nəfər bıçaq xəsarət alıb, saxlanılan var.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Telexeber.az-a bildirib ki, may ayının 5-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R. İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb. İlkin araşdırma zamanı müəyyən olunub ki, R. Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində iştirak edən zaman musiqi sifarişinə görə N. Məmmədov ilə mübahisə etmiş, ona bıçaqla xəsarət yetirən zaman ona mane olmağa çalışan bacı və onun həyat yoldaşına( R. Həsənzadənin) da müxtəlif xəsarət yetirib.
Faktla bağlı araşdırmalara başlanılıb.