Bakıda daha bir avtobusun ödənişi “BakıKart”la olacaq

Bakıda daha bir avtobusun ödənişi “BakıKart”la olacaqSabahdan etibarən "Bus Trans" MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. - "Elmlər Akademiyası" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Telexeber.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.


Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.
Популярный ролик