Bakıda 2 avtomobildən 40 min manatlıq oğurluq edilib

Bakıda 2 avtomobildən 40 min manatlıq oğurluq edilibBakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Bu barədə Telexeber.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Популярный ролик