Daha 3 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib

Daha 3 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilibİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi növbəti hərrac vasitəsilə 3 faydalı qazıntı yatağını istifadəyə verib.

Bu barədə Telexeber.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.


Bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı hərrac 14 iyun tarixində keçirilib. Hərracda Qobustan rayonunda yerləşən “Nabur” vulkan külü yatağının 1,1 hektar sahəsi, Qaradağ rayonunun “Gülbaxt” əhəngdaşı yatağının 12 hektar sahəsi və Qəbələdə yerləşən “Xırxatala” qum-çınqıl yatağının 2 hektar sahəsi istifadəyə verilib.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3aSTyZI)
Популярный ролик