Çempionlar Liqası: Bakı 30 mindən çox azarkeş qəbul edib

Çempionlar Liqası: Bakı 30 mindən çox azarkeş qəbul edibUEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Telexeber.az xəbər verir ki, ən çox azarkeş Bakıda “Qarabağ” və İsveçrənin “Sürix” komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 30 782 tərəfdar izləyib.

29 654 tamaşaçı ilə “Makkabi” (Hayfa, İsrail) - “Olimpiakos” (Yunanıstan) oyunu ikinci pillədə, “Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya) matçı tamamlayıb - 20 459 azarkeş ilə üçüncü pillədə dayanıb.

Qeyd edək ki, “Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib. Cavab görüşü iyulun 27-də olacaq. “Sürix”i üstələyəcəyi təqdirdə, “köhlən-atlar” Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Популярный ролик