Bakıda yük maşını ilə minik avtomobili toqquşdu

Bakıda yük maşını ilə minik avtomobili toqquşduBakıda yol nəqliyyat hadisəsi baş verib.

Telexeber.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobili toqquşub, minik avtomobilində 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Популярный ролик