Səttar Mehbalıyev: "Fərid ailəmizin 5-ci şəhididir" - VİDEO

Səttar Mehbalıyev: "Fərid ailəmizin 5-ci şəhididir" - VİDEO"Fərid vətən, torpaqlarımız uğrunda şəhid olub. O, bizim ailəmizdən 5-ci şəhiddir".

Telexeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səttar Mehbalıyev əmisi nəvəsi şəhid Fərid Kamaləddin oğlu Mehbalı haqqında danışarkən deyib:


"Fərid Vətən, torpaqlarımız uğrunda şəhid olub. O, bizim ailəmizdən 5-ci şəhiddir. Fərid 44 günlük Vətən müharibəsində də qardaşı ilə birlikdə iştirak edib. Yenidən döyüşə getdi və şəhid oldu. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bütün şəhidlərimiz bizim qardaşımız, namusumuz, qeyrətimizdir".

Qeyd edək ki, Fərid Möhbalı 1994-cü ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.
Популярный ролик