Azərbaycanda avtomobil azyaşlını vuraraq öldürüb

Azərbaycanda avtomobil azyaşlını vuraraq öldürübGöyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb.

Telexeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub.

Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Популярный ролик