Bakıda fərdi yaşayış evində yanğın baş verib

Bakıda fərdi yaşayış evində yanğın baş veribFövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN Mətbuat xidmətinindən Telexeber.az-a bildirilib ki, həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam yanğınsöndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.
Популярный ролик