Dayəlik etdikləri körpələrə təcavüz edən pedofil cütlük həbs olundu

Dayəlik etdikləri körpələrə təcavüz edən pedofil cütlük həbs olunduBir yaşlı körpə də daxil olmaqla, balaca uşaqlara cinsi təcavüz edib, sonra əyləncə xatirinə bunu videoya çəkən evli pedofil cütlük ümumilikdə 21 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu barədə “Metro” xəbər yayıb.

Hadisə Britaniyada qeydə alınıb.

33 yaşlı Mark Qeybl onun Kolçesterdəki evində axtarış zamanı balaca uşaqlara təcavüz etdiyi barədə videoları aşkarlanandan sonra həbs olunmuşdu.

Həmçinin, rəfiqəsi 27 yaşlı Cesika Frayın da körpə uşağa təcavüzünün görüntüləri tapılıb.

Nəticədə, Qeybl 11 il 6 ay, Cesika isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, onlar uşaqları dayəlik adı ilə götürürmüşlər.
Популярный ролик