Rusiyada koronavirusa qarşı vaksinin sınaqları başlayıb

Rusiyada koronavirusa qarşı vaksinin sınaqları başlayıb
“Rospotrebnadzor” (İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmət) yeni koronavirusa qarşı prototip peyvənd sınağının başlandığını elan edib.

Telexeber.az xəbər verir ki, bu barədə agentliyin rəsmi saytında məlumat yer alıb. Altı fərqli texnoloji platformaya əsaslanan peyvənd prototipləri xidmətin tabeliyindəki “Vector” virusologiya və biotexnologiya dövlət elmi mərkəzində ən qısa müddətdə hazırlanıb. Elm adamları bütün peyvənd prototiplərini alt primatlar da daxil olmaqla həssas laboratoriya heyvanlarında immunogenlik araşdırmalara başlayıb.
Tədqiqatçılar həm hüceyrə, həm də yumoral immun reaksiyasının meydana gəlməsini təmin edən ən perspektivli və təhlükəsiz prototipləri inkişaf etdirəcəklər. Peyvəndin tərkibi, dozası, tətbiq olunma yolu da müəyyən ediləcək.

Alimlər hesab edir ki, peyvənd bu ilin dördüncü rübündə tətbiq edilməyə hazır olacaq. (Report)
Популярный ролик