Ölkə prezidenti “Real”ın oyunçusunu həbslə hədələdi

Ölkə prezidenti “Real”ın oyunçusunu həbslə hədələdi
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç “Real”ın hücumçusu Luka Yoviç və “Askoli”nin oyunçusu Nikola Ninkoviçi tənqid edib.
Telexeber.az xəbər verir ki, dövlət başçısı hər iki futbolçunun koronavirusla bağlı karantin qaydalarına əməl etmədiyini söyləyib:

“Ninkoviç hazırda oteldə, Yoviç isə öz evindədir. Əgər onlar bir daha olduqları yeri tərk etsələr, həbs olunacaqlar. Böyük ehtimal etdiklərinə görə peşman olublar. Onlar başa düşməlidirlər ki, bizim insanların həyatı bu futbolçuların pulu və statusundan dəyərlidir”.

Qeyd edək ki, adları çəkilən oyunçular Serbiyaya kənar ölkələrdən daxil olan şəxslər üçün tətbiq edilən 28 günlük özünütəcrid qaydasını pozaraq Belqrad küçələrində gəziblər.(qol.az)
Популярный ролик