Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlandı

Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlandı
Azərbaycan Cənubi Qafqazın ən xoşbəxt ölkəsi kimi tanınıb.

Telexeber.az xəbər verir ki, “Dünya Xoşbəxtlik Hesabatı 2020” (World Happiness Report 2020) araşdırmasında ən xoşbəxt sakinləri olan ölkələr sıralamasında Azərbaycan 89-cu, Ermənistan 116-cı, Gürcüstan isə 117-ci yeri tutub.
2019-cu il tədqiqatında Azərbaycan 90-cı, Ermənistan 116-cı, Gürcüstan isə 119-cu yerdə qərarlaşıb.

Finlandiya 2020-ci ildə dünyanın ən xoşbəxt ölkələri sıralamasında yenidən liderdir. İlk onluğa Danimarka, İsveçrə, İslandiya, Norveç, Hollandiya, İsveç, Yeni Zelandiya, Avstriya və Lüksemburq daxildir.

BMT-yə görə ən uğursuz ölkə 153-cü yerdə sıranı tamamlayan Əfqanıstandır.

“Dünya Xoşbəxtlik Hesabatı” hər il BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Birliyi tərəfindən tərtib olunur. Burada ömür uzunluğu, sosial dəstək və s. kimi göstəriciləri nəzərə alınır.(media.az)
Популярный ролик