İsraildə koronavirusdan ilk ölüm qeydə alındı
Facebook
Вконтакте
Одноклассники
Google+
İsraildə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.
Telexeber.az xəbər verir ki, COVİD-19 infeksiyasının daşıyıcısı olmuş qoca kişi ölüb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Qüdsün "Şearey Sedek" tibb mərkəzindəki 88 yaşlı pasiyent dünyasını dəyişib. Pasiyent çox ağır vəziyyətdə tibbi yardıma müraciət edib.
Cümə günü İsraildə 705 nəfərə koronavirus diaqnozu qoyulub, 10 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir, 662 nəfər yüngül vəziyyətdədir, 15 nəfər sağalıb.
Paraqvayda da koronavirusdan ilk ölüm qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. "Təəssüflə koronavirusdan pasiyentlərdən birinin ölümü barədə məlumatlandırırıq. O bir neçə gün boyunca intensiv terapiyada idi", - deyə nazirliyin “Twitter”dəki xəbərində bildirilir.
Həkimlər ölkə ərazisində 18 yoluxma halı aşkar ediblər.(Report)