Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçiriblər

Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçiriblərGürcüstanın Marneuli rayonunun İkinci Kosalı kənd sakinləri etiraz aksiyası keçiriblər.

Telexeber.az Report-a istinadən xəbər verir ki, bələdiyyə binasının qarşısında toplaşan bir qrup sakin kəndin içməli və suvarma su ilə təmin olunmamasından şikayətləniblər.
Marneulinin icra başçısı Zaur Darğallı kəndin problemi ilə tanış olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda kənddə 70 ailə içməli su ilə təmin olunur və suvarma suyunun verilməsinin bərpa olunması üçün işlər aparılır.
Популярный ролик