Məşhur amerikalı müğənni koronavirusa yoluxdu - FOTO

Məşhur amerikalı müğənni koronavirusa yoluxdu - FOTOAmerikalı pop ulduzu Pink koronavirusa yoluxduğunu açıqlayıb.

Telexeber.az xəbər verir ki, bu barədə müğənni öz "Twitter" səhifəsində yazıb.
Pink iki həftə əvvəl 3 yaşlı oğlu ilə birgə COVID-19 simptomlarını hiss etdiyini deyib.

Onların hər ikisinin koronavirus testi müsbət nəticə verib. Müğənni oğlu ilə birgə iki həftə müddətində karantində olub.

Onun sözlərinə görə, bir neçə gün əvvəl keçirilən təkrar test bu dəfə mənfi nəticələnib. Həkimlər müğənni ilə oğlunun sağaldığını deyib.
Məşhur amerikalı müğənni koronavirusa yoluxdu - FOTO
Məşhur amerikalı müğənni koronavirusa yoluxdu - FOTO
Популярный ролик