İspaniyada daha 179 nəfər virusun qurbanı oldu

İspaniyada daha 179 nəfər virusun qurbanı olduSon bir gündə İspaniyada 179 nəfər koronavirusun qurbanı olub.

Telexeber.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, virusdan vəfat edənlərin ümumi sayı 26 478-dir. İspaniya bu göstərici ilə ABŞ, İngiltərə və İtaliyadan sonra dünyada dördüncü yeri tutur.

Son sutkada 604 yeni yoluxma hadisəsi qeydə alınıb. Epidemiyanın başlanğıcından bəri aşkar edilmiş ümumi halların sayı 223 578-dir. Sutka ərzində 2804 nəfər olmaqla, 134 min nəfər sağalıb.
Популярный ролик