Tacikistanla Qırğızıstan arasında sərhəd qalmaqalı

Tacikistanla Qırğızıstan arasında sərhəd qalmaqalıTacikistan mayın 8-də sərhəddə baş vermiş insidentlə əlaqədar Qırğızıstana nota verib.

Telexeber.az xəbər verir ki, bu gün Qırğızıstanın bu ölkədəki səfiri Janış Rustenbekov Tacikistanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.

"Səfirə silahlı insidentə səbəb olan Qırğızıstan vətəndaşları və hərbi personalın hərəkətlərinə etiraz olaraq Xarici İşlər Nazirliyi tərəfindən nota verildi. Hadisəyə səbəb Qırğızıstan vətəndaşı tərəfindən atəşin açılması və sərhədçilərin sonrakı əməlləridir. Tacikistanın sərhəd bölmələri cavab tədbirləri görməyə məcbur olub”, - deyə məlumatda bildirlib.

Hadisə nəticəsində iki Tacikistan vətəndaşı ağır yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin sakinləri arasında Batken vilayətinin Çek bölgəsində torpaq məsələsi ilə bağlı münaqişə baş verib. Hər iki tərəfdən təxminən 30-40 vətəndaş bir-birilərinə daş atmağa başlayıblar. Daha sonra ov silahından atəş açılıb. Münaqişənin kəskinləşməsinin qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın sərhədçiləri havaya bir neçə xəbərdarlıq atəşi açıblar.
Популярный ролик