Türkiyədə virusdan ölənləri 4 mini keçdi

Türkiyədə virusdan ölənləri 4 mini keçdiTürkiyədə son sutka ərzində 55 nəfər koronavirusdan dünyasını dəyişib.

Telexeber.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1635 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4007, yoluxanlar isə 144 min 749 nəfərə çatıb.

Türkiyədə indiyədək 104 min 30 xəstə sağalaraq evə buraxılıb.
Türkiyədə virusdan ölənləri 4 mini keçdi
Популярный ролик