ABŞ-da virusa yoluxma sürətlə artır

ABŞ-da virusa yoluxma sürətlə artırABŞ-da koronavirus infeksiyasına yoluxanların və pandemiya qurbanlarının sayı yenidən artıb.

Telexeber.az xəbər verir ki, Birləşmiş Ştatlarda 10 min 472 yeni yoluxma halı qeydə alınıb, 713 nəfər vəfat edib.

ABŞ-da COVİD-19 infeksiyasına ümumi yoluxma sayı 1 milyon 560 min 766 nəfərdir. Pandemiya qurbanlarının sayı isə artaraq 92 min 694-ə çatıb.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.
Популярный ролик