Gürcü nazir erməni həmkarına etiraz etdi

Gürcü nazir erməni həmkarına etiraz etdi"Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın açıqlaması arqumentlərə əsaslanmır"

Telexeber.az azvision.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze deyib. O bildirib ki, erməni həmkarının Gürcüstanla bağlı səsləndirdiyi fikirlər əsassızdır və ortaya bir sıra suallar çıxarır.
Tikaradze məsələni aydınlaşdırmaq üçüb erməni nazirlə əlaqə saxlayacağını vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan ölkəsində anti-epidemioloji sistemin Gürcüstandan yaxşı olduğunu bildirib. O, həmçinin Gürcüstanda koronavirusa yoluxmuş insanların sayılması metodologiyasına şübhə ilə yanaşıb.

Torosyanın sözləri Gürcüstanda ciddi etiraza səbəb olub, tibb ictimaiyyəti ondan üzr istəməyi tələb edib. Rəsmi Tbilisinin etirazlarından sonra Ermənistan tərəfi geri addım ataraq qonşu ölkədən üzr istəyib.
Популярный ролик